18.04.2025
18.04.2025-ci il tarixdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin kollektivi Şəmkir rayon Mərkəzi Kitabxanasının qonağı olub. Onlara Mərkəzi Kitabxananın şöbələri haqqında məlumat verilib. Sonra Uşaq şöbəsinin Nağıl otağında uşaqlara müəllimləri tərəfindən nağıl oxunub. Kitabxana ilə tanışlıq uşaqların marağına səbəb olub. Qayğıya ehtiyacı olan uşaqlara MKS-nin direktoru Sahibə Əmiraslanova tərəfindən kiçik hədiyyələr təqdim edilib. Sonda xatirə şəkili çəkilib.